"Qeyri-neft sektorunda əmək haqqı fondu 19%-dən çox artıb” | Banco.az

"Qeyri-neft sektorunda əmək haqqı fondu 19%-dən çox artıb”

“Bu ilin I rübündə Azərbaycanda muzdla işləyənlərin sayında ötən ilin I rübü ilə müqayisədə 114 mindən çox artım olub".

Bunu vergilər nazirinin müşaviri Xəqani Abdullayev Bakıda keçirilən “III Milli Mühasiblər Forumu”nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, artımın 97 mini qeyri-neft sektorunun payına düşüb: “Son nəticədə qeyri-neft sektorunda əmək haqqı fondu 19%-dən çox artıb”.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, X.Abdullayev qeyd edib ki, bu ilin ilk 4 ayında ölkədə qeyri-büdcə təşkilatları üzrə sosial ödəmələr 16% artıb. O, təmsil etdiyi qurumun vergi ödəyiciləri ilə daha sıx partnyorluq münasibətləri qura biləcəklərini ümid etdiyini bildirib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç