Qeyri-neft sektoru üzrə ixrac 20 faiz artıb | Banco.az

Qeyri-neft sektoru üzrə ixrac 20 faiz artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İxrac İcmalı”nın 2019-ci ilin may sayı təqdim olunub. İcmalın bu sayında  göstərilir ki, 2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının ixracı 7,1 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,4 milyard ABŞ dolları və ya 25,6 faiz  artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 583milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-aprel ayları ərzindəqeyri-neft sektoru üzrə ixrac 98 milyon ABŞ dolları və ya 20 faiz  artıb. Cari ilin ilk dörd ayı ərzində Rusiyaya 165 milyon, Türkiyəyə 148milyon, Gürcüstana 62milyon, İsveçrəyə 45milyon və İtaliyaya 22 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk dörd ayında Rusiyaya qeyri-neft ixracı 22 faiz, Türkiyəyə 16 faiz,  Gürcüstana 19faiz, İsveçrəyə 13faiz, İtaliyaya 2 dəfə artıb.

2019-cu ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına mahlıc (57,9 milyon ABŞ dolları)liderlik edib.Bu siyahıdaqabığı təmizlənmiş meşə fındığı  (53,7 milyon ABŞ dolları) ikinci və tomat (49,6 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb. 

Ümumiyyətlə, 2019-cu ilin ilk dörd ayı ərzində meyvə-tərəvəz ixracı 149 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 62 milyon, pambıq lifi ixracı 58 milyon, elektrik enerjisinin ixracı 45 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 32 milyon,  kimya sənayesi məhsullarının ixracı 24 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 18 milyon, pambıq ipliyi ixracı 9 milyon ABŞ dolları, alkoqollu və alkoqolsuz içkilərin ixracı 9 milyon təşkil edib. 

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, pambıq lifinin ixracı 2,8 dəfə, pambıq ipliyinin ixracı 42 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 36 faiz, meyvə-tərəvəzin ixracı 34 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz artıb.

2019-cu ilin aprel ayında isə qeyri-neft sektoru üzrə ixrac 167 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixrac 38 milyon ABŞ dolları və ya 29 faiz  artıb. Cari ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya(49,6 milyon ABŞ dolları), Türkiyəyə (48,6  milyon ABŞ dolları) və Gürcüstana (12milyon ABŞ dolları) ixrac edilib.

2019-cu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (24 milyon ABŞ dolları) birinci, daranmaya məruz qalmamış pambıq lifi (20,5 milyon ABŞ dolları)  ikinci, qabığı təmizlənmiş meşə fındığı  (15 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı”nın may sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-aprel ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, “Socar Polymer” MMC,            "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "P-Aqro" MMC, “Sun Food" MMC, "Aqrovest" MMC, "Baku Steel Company" MMC, “Azhazelnut” MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "TST Export" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC,  Dövlət Material Ehtiyatlari Agentliyi, "Azəripək" MMC, "Bakı Neft Maşınqayırma Zavodu" TASC.

Ən sərfəli kredit üçün müraciət et

 “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. 2019-cu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə 13,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2019-cu ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın 17 ölkəsinə 6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-aprel aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq, BƏƏ-dir.

“İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-aprel aylarında  Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min və ya 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  375  milyon manat olub. Bu ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 103milyon manat təşkil edib.

 “İxrac İcmalı”nda 2019-cu ilin yanvar-aprel ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, Azexport.az portalına 229 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 3 faiz  artıb. Bu ilin aprel ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 51milyon ABŞ dolları təşkil edib. 2019-cu  ilin aprel ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya(12,3%), Türkiyə (8%), İngiltərə (6,5%), Hindistan (6,5%) və  ABŞ (5,5%) qərarlaşıb.

Cari ilin aprel ayında ən çox ixrac sifarişi tütün, badımcan, pambıq və pambıq məhsulları, kartof, soğan, qənnadı məhsulları, meyvə kompotu, yumurta, mühərrik yağı, çay, tikinti materialı, kələm, buğda kəpəyi, şərab, qoyun yunu, kosmetik vasitə, konservləşdirilmiş tərəvəz, alma, gül və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 aprel tarixinə kimi (28 ay ərzində) Azexport.az portalına dünyanın 129 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 218 milyon ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 16,5 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-may ayları ərzində  “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 47,9 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edilənlərlə yanaşı  “İxrac İcmalı”nın may sayında Azexport.az portalının “WorldFood Azerbaijan 2019” sərgisində iştirak etməsi,  "İxrac gömrük əməliyyatında beynəlxalq daşınma" mövzusunda təlim keçirilməsi, Çin Xalq Respublikasının Şanxay şəhərinə növbəti ixrac missiyası təşkil olunması və s. məsələlər barədə də məlumatlar verilib.

 “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

  “İxrac İcmalı” ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç