Qeyri-həyat sığortası və onun formaları | Banco.az

Qeyri-həyat sığortası və onun formaları

Bildiyimiz kimi, sığorta həyat və qeyri-həyat sığortalarından ibarətdir. Qeyri-həyat sığortası bir neçə formada olur ki, hər bir forma üçün müxtəlif sığorta obyektləri və risklər xarakterikdir.

Əmlak sığortasının aşağıdakı formaları mövcuddur:

  1. Əmlakın yanğın və mülkiyyətə dəyəcək digər xətərlərdən sığortalanması;
  2. Oğurluq. Əmlakın oğurlanması və ya onun bu yolla zərər görməsindən sığortalanması;
  3. Əmlakın texniki risklərdən sığortası. Zavodlarda baş verə biləcək partlayış, dağıntı və digər bədbəxt hadisələrin sığortası;
  4. Heyvanların, əsasən də ev heyvanlarının (mal-qara, at) xəstəlik, oğurluq və ölüm hallarına qarşı sığortalanması;
  5. Pulun bir sıra risklərdən sığortalanması. Məsələn, pulun daşınması zamanı itməsi, oğurlanması və s. bu kimi risklərdən sığortalanması.

Pul və maliyyə sığortalanmasında isə əsas sığorta obyektləri bunlardır:

  • Etibarlılığın sığortalanması. Maliyyə nəticələrinin tərəfdaşların və ya işçilərin etimadsızlıq və etibarsızlığına görə mənfi olması (pul, səhm, digər qiymətli kağızlar) şəxsləri bu itkilərlə üzləşməmək üçün sığortalanmağa məcbur edir;
  • Kreditlərin sığortalanması. Bu, kredit münasibətlərində borc alanın ödəmə qabiliyyətinin olmadığı və ödəmədən imtina etdiyi hallardan sığortalanmaq üçün həyata keçirilir;
  • İşlərin dayanması və fasilələrin yaranması ilə əlaqədar maliyyə itkilərindən sığortalanma.

Öhdəliklərin sığortalanması aşağıdakı kimidir:

Ən sərfəli kredit üçün müraciət et

  1. İşə götürənin öhdəliklərinin sığortalanması. Bu sığorta zamanı işə götürənin hər hansı bir işçisinin iş vaxtı yaranan bədən xəsarətləri, xəstəlik və ölüm halları zamanı işçiyə və ya onun ailəsinə müəyyən olunmuş sığorta ödəməsinin həyata keçirilməsini əhatə edir;
  2. Satılmış məhsul və xidmətlərdən üçüncü şəxsə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən təzminatın ödənilməsi;
  3. Hüquqi məsuliyyətli şəxslərin qanunla müəyyən olunmuş məsuliyyətlərini həyata keçirərkən üçüncü şəxsə dəymiş zərərin kompensasiya edilməsi.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et