"Qərar iyunda qəbul oluna bilər, sanksiyaların təsirini öyrənmək lazımdır" | Banco.az

"Qərar iyunda qəbul oluna bilər, sanksiyaların təsirini öyrənmək lazımdır"

OPEC+ razılaşmasının müddətinin uzadılması qərarı potensial olaraq iyun ayında qəbul edilə bilər.

“Bloomberg” agentliyinin məlumatına görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bu gün OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasından əvvəl deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, nə qədər ki, neft ehtiyatlarının həcmi artmaqda davam edir və sanksiyaların (İran və Venesuelaya qarşı) bazara təsiri hələ məlum deyil, OPEC kursu dəyişdirmək istəmir.

Nazir qeyd edib ki, aprel ayında razılaşmanın müddətinin uzadılması barədə qərar qəbul etmək hələ tezdir. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et