"Qazprom"un qaz ixracından gəlirləri artıb | Banco.az

"Qazprom"un qaz ixracından gəlirləri artıb

Rusiyanın enerji şirkəti "Qazprom"un qaz ixracından gəlirləri bu ilin ilk rübündə 2018-in eyni dövrünə nisbətən 10,7 faiz artaraq 14 milyard dollar təşkil edib.

Rusiya Federal Gömrük Xidmətinin məlumatlarına görə, Qazpromun qaz ixracı yanvar-mart dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalaraq 61,5 milyard kubmetrə düşüb. Sözügedən dövrdə, qiymətlərdəki artımla şirkətin qaz ixracı gəlirləri də 10,7 faiz artaraq 14 milyard dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qazpromun qaz hasilatı keçən il 2017-ci illə müqayisədə 5,4% artaraq 497,6 milyard kubmetrə, qaz ixracı da 4 faiz artaraq 201,8 milyard kubmetrə çıxmışdı.

Dünyanın ən böyük təbii qaz istehsalçısı olan "Qazprom", Avropanın təbii qaz ehtiyacının təxminən  30%-ni qarşılayır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et