Qazaxıstanda iqtisadi artım 6 illik maksimuma çatıb | Banco.az

Qazaxıstanda iqtisadi artım 6 illik maksimuma çatıb

Qazaxıstan 2017-ci ilin yanvar-avqust aylarında 4,3%-lik iqtisadi artıma nail olub. "Vestifinance.ru" saytına istinadən verilən xəbərə görə, bu barədə iqtisadiyyat nazirinin müavini Ruslan Dalenov məlumat verib.

"İyulda iqtisadi artım bir az yavaşladıqdan sonra avqustda yenidən sürətlənib və illik 4,3% təşkil edib. Ən çox artım - 8,5% - sənayedə qeydə alınıb. Buna səbəb dağ-mədən hasilatı sənayesinin 11,3%, sənaye emalının isə 6,1% artması olub". Qeyd edək ki, iqtisadi artım göstəricisi son 6 ilin ən yüksək səviyyəsinə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qazaxıstan İqtisadiyyat Nazirliyi 2017-ci ilin yekununda ÜDM-in 3,4% artacağını proqnozlaşdırır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et