Qazaxıstan Özbəkistana ildə beş milyon tona qədər neft ixrac edəcək | Banco.az

Qazaxıstan Özbəkistana ildə beş milyon tona qədər neft ixrac edəcək

Qazaxıstan Parlamenti Senatı öz ölkələri ilə Özbəkistan arasında enerji sahəsində əməkdaşlıq haqqında sazişinin ratifikasiyası haqqında qanunu qəbul edib.

Tərəflər bundan sonra neft-qaz sənayesi, neft-kimya və elektrik enerjisi sahəsində əməkdaşlıq edəcəklər.

Qazaxıstan bu razılaşma çərçivəsində Özbəkistana ildə 5 milyon tona qədər neft ixrac etməyi planlaşdırır.

Müqavilə əsasən, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə, neft və qaz kimya və elektrik enerjisi istehsalına, Qazaxıstanın cənub bölgələrinə təbii qazın fasiləsiz tədarükünə və qarşılıqlı tərəflərin qaz nəqli sisteminin tranzit potensialının inkişafına və qarşılıqlı marağın artırılmasına yönəlib.

Ən sərfəli kredit üçün müraciət et

Sazişdə bütün normaların vaxtında yerinə yetirilməsini tənzimləyən və nəzarət edən bir koordinasiya şurasının yaradılmasını nəzərdə tutulur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et