Qazaxıstan Gömrük ittifaqı ölkələri sırasında ən güclü iqtisadiyyata malik ölkə hesab olunur | Banco.az

Qazaxıstan Gömrük ittifaqı ölkələri sırasında ən güclü iqtisadiyyata malik ölkə hesab olunur

"HSBC" bankının analitikləri hesab edirlər ki, islahatlar, stimullaşdırma proqramlarından imtina edilməsi və zamanında tətbiq olunan devalvasiya nəticəsində Qazaxıstan MDB-nin ən uğurlu iqtisadiyyata malik ölkəsinə çevrilmişdir.

Qazaxıstan Gömrük İttifaqı, eləcə də MDB ölkələri sırasında ən güclü iqtisadiyyata malik ölkə kimi qiymətləndirilir. "HSBC" bankının analitiklərinə məxsus bu fikir Mərkəzi Bankın proqnozları ilə oxşarlıq təşkil edir. Mərkəzi Bank 2016-cı ilə qədər ölkədə ÜDM-un həcminin ildə 6% artacağına dair proqnozlar verir.

Qazaxıstanda keçirilən islahatlar hal-hazırda öz bəhrəsini verməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

2013-ci ilin ikinci yarısında neft sektorunun bərpası və yüksək məhsuldarlıq nəticəsində ölkədə iqtisadi artım tempi sürətlənmişdir. Oktyabr ayında sənaye istehsalının artımı 3.9% təşkil etmişdir.

2014-2015-ci illərdə Kaşaqan yatağında neft hasilatına başlanması iqtisadiyyatın inkişafına təkan verəcəkdir.

Hal-hazırda hökumət ciddi islahatlar aparır. Xammala olan tələbatın səviyyəsinin aşağı olması nəticəsində cari əməliyyatlar hesabında defisit yarandığı zaman Milli Bank valyuta siyasətində dəyişiklik etmək məcburiyyətində qalmışdır.

Banco.az / Sevinc İbadova

Ən sərfəli krediti almaq üçün müraciət et