Qarşıya hədəf qoymayın, əvəzində isə bunu edin! | Banco.az

Qarşıya hədəf qoymayın, əvəzində isə bunu edin!

Hər bir insan özünü dərk etdiyi andan bəri müəyyən hədəflərə nail olmağa çalışır. Zaman-zaman isə bu hədəflər dəyişir və təkmilləşir.

Bəs, qarşıya qoyulan hədəflərin hər biri müvəffəqiyyətlə nəticələnirmi?

Hər hədəf özlüyündə bir sistemə sahibdir.

Sistem hədəfi formalaşdıran amildir. Bu fikri daha ətraflı izah etmək üçün bir neçə nümunəyə nəzər salaq:

Əgər bir basketbol komandasının baş məşqçisisinizsə, hədəfiniz çempionluq, bu hədəfə nail olmaq üçün sisteminiz isə doğru oyunçunu məhz doğru zamanda oyuna daxil etmək, köməkçi məşqçiləri düzgün yönləndirmək və bütün komandaya məhsuldar məşq prosesi keçirtmək ola bilər.

Əgər bir yazıçısınızsa, hədəfiniz “bestseller” olacaq bir kitab qələmə almaq, sisteminiz isə hər gün 5 səhifə yazmaq ola bilər.

Hədəf və sistem arasındakı əlaqəni həyatın bir çox sferasında görə bilərsiniz.

Bu halda belə bir sual meydana gəlir.

Hədəfinizi tamamilə unudub təkcə sistemi təşkil edən amillərə fikrinizi yönəltsəniz, uğur əldə edə bilərsinizmi?

İllustrasiya: Andrew Archer

Müəyyən bir hədəfə sahib olmaq həmin istiqamətdə çalışmaq üçün bir üstünlük ola bilər, ancaq əsas diqqətin sistemlərə yönəldilməsi müvəffəqiyyət qazanmaq üçün daha əlverişlidir. Bununla yanaşı, hədəflərinizi düşünməyə çox vaxt sərf etsəniz, sistemi düzgün qura bilməz və bir çox problemlə qarşı-qarşıya qala bilərsiniz.

İndi isə gəlin, hədəflərin özlüyündə yaratdığı problemlərin bəzilərinə nəzər salaq:

1. Qazanan da, məğlub olan da eyni hədəfə sahibdir. Nəticəni isə sistemi ən yaxşı quran müəyyənləşdirər.

Hər bir işə müraciət edən bütün namizədlər təbiidir ki, o işə qəbul edilmək, hər bir idmançı qatıldığı yarışlarda medal qazanmaq istəyir. Uğurlu və uğursuz insanları bir-birindən fərqləndirən məqam hədəfləri deyil, bu hədəfə gedən yolda nələr etdikləridir.

2. Hədəflər xoşbəxtliyinizi məhdudlaşdırar.

Biz müəyyən bir hədəfə yönəldiyimiz zaman adətən belə bir fikrə qapılırıq:

Ən sərfəli kredit üçün müraciət et

“Xoşbəxt olmaq üçün hədəfimə mütləq çatmalıyam!”

Qarşıya hədəf qoymağın əsas ağırlığı bu hədəfə çatanadək xoşbəxtliyimizi təxirə salmağımızdır. Hətta əksər insanlar “xoşbəxtliyi gələcəyə aid etmək” tələsinə düşürlər.

Bununla yanaşı hədəflər “ya da” təzadlığı yaradır. “Ya hədəfinə çatıb uğurlu olarsan, ya da hədəfinə çata bilməz və məyusluğa düçar olarsan.”

Bu vəziyyət özlüyündə “xoşbəxtlik” anlayışını müəyyən bir qəlibə salmağınıza səbəb olur.

Əgər nail olacağınız hədəfə deyil, bu müddət ərzində keçdiyiniz yola fikrinizi yönəltsəniz və hər bir andan həzz almağı bacarsanız, xoşbəxtliyi təxirə salmamış olarsınız.

Sisteminiz təkmilləşdikcə paralel olaraq xoşbəxtliyiniz də artar.

3. Hədəfinizə çatmağınız təkcə bir anlıq dəyişiklik yaradır.

Bir hədəf müəyyənləşdirdiyinizi və ona nail ola bilmədiyinizi təsəvvür edin. Yəqin ki, ilk düşündüyünüz uğursuzluğa düçar olacağınızdır. Sadəcə nəticəyə fokuslanaraq nəyisə dəyişdirməyə çalışmaq hər hansı bir xəstəliyə düzgün diaqnoz qoyulmadan onun müalicəsinə başlanılması kimidir.

Dəyişdirilməli olan nüans əksər hallarda nəticə deyil, o nəticəyə aparan sistemin özüdür.

4. Hədəflər uzun vədədə problem yarada bilər.

İllustrasiya: Andrew Archer

Hədəf əsaslı düşüncə tərzi “yo-yo” effekti yarada bilir. “Yo-yo” effekti insanın müəyyən bir hədəfə çatdıqdan sonra əvvəlki vərdişlərinə qayıtması deməkdir.

Sonda isə qeyd edək ki, hədəflər faydasız deyildir. Hədəflər müddəti planlaşdırarkən, sistemlər müddətin düzgün irəliləməsinə xidmət edər. Odur ki, sizə yol göstərən hədəflər olsa da, bu yolda əminliklə addımlamağınızı düzgün sistem qurmağınız təmin edəcəkdir.

Həmçinin oxu: Hədəf qoymaq üçün ən düzgün zaman nə vaxtdır?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et