"Qara dəlik" fotosunu əldə edən qadın kimdir? | Banco.az

"Qara dəlik" fotosunu əldə edən qadın kimdir?

29 yaşında gənc qadın dünyanı maraqlandıran bir mövzunu hazırladığı alqoritmlə ortaya çıxardı. Bir anda adını tarixə yazdıran Katie Boumanı yaxından tanıyaq.

Çox gənc olmasına baxmayaraq hazırladığı alqoritmlə "qara dəliyi" görüntüləyən K.Bouman tez-tez komandasına təşəkkür edir və bunu tək başına bacara bilməyəcəyini qeyd edir.

Universitetdə oxuyarkən alqoritm üzərində işə başlayan K.Bouman dünyanın müxtəlif nöqtələrinə yerləşdirdiyi 8 teleskop vasitəsilə “qara dəlik” mifini nümayiş etdirərək 2019-cu ilə öz damğasını vurdu. Bouman, üç il əvvəl doktorluq işləri əsnasında alqoritmi hazırlamağa başladı və ardından MIT Kompüter elmləri və Süni Zəka Laboratoriyası, Harvard-Smithsonian Astrofizika Mərkəzi və MİT Haystack Rəsədxanasından bir araşdırmaçı qrupu ilə bir layihəyə başladı. Antarktida'dan Çili və Avropaya yayılmış səkkiz əlaqəli teleskopdan ibarət olan Event Horizon Teleskobundan əldə edilən məlumatlar ABŞ və Almaniyada iki mərkəzdə toplandı. Daha sonra bu məlumatlar Bouman alqoritmi tərəfindən işlənmiş və haqqında danışılan görüntünü ortaya çıxarmışdır. Nəticələr dörd fərqli qrup tərəfindən təhlil edildi.

Ən sərfəli kredit üçün müraciət et

Üç il əvvəl Massachusetts Texnologiya İnstitutunda bu alqoritmlə çalışan gənc qadın, elmə yeni bir həyat verdi. 2011-ci ildə Miçiqan Universitetini bitirdikdən sonra magistr dərəcəsinə başlayıb və görəcəyi işi 2016-cı ildən proqnozlaşdırmışdı.

İştirak etdiyi konfransda bütün prosesi izah edən gənc alim gördüyü işlərlə gələcəyə işıq tutur. Uzun illər boyunca əfsanə olan "qara dəlik"i nümayiş etdirməsiylə bir anda adından söz etdirən K.Boumanın hədəfində daima irəli getmək var. 

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et