“Qara bazar”da dolların məzənnəsi dəyişmədi – QİYMƏT | Banco.az

“Qara bazar”da dolların məzənnəsi dəyişmədi – QİYMƏT

Yanvarın 18-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. 

Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə edilən məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1,84 manat, satışı isə 1,86 manat olaraq qalıb.

Qeyd edək ki, yanvarın 16-da keçirilən valyuta hərracından sonra dolların bahalaşması, bundan əlavə, Azərbaycan Mərkəzi Bankının (AMB) ilk dəfə olaraq dolları rekord (1,8045 manat) səviyyədə bahalaşdırması “qara bazar”da Amerika valyutasının yenidən bahalaşmasına səbəb oldu.

Ən sərfəli kredit üçün müraciət et

Nəticədə dolların alışı 1,83 manatdan 1,84 manata, satışı isə 1,85 manatdan 1,86 manata yüksəlib.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et