"Qafqaz İnkişaf Bankı"nın qorunmayan əmanətçilərinə kompensasiya ödəniləcək | Banco.az

"Qafqaz İnkişaf Bankı"nın qorunmayan əmanətçilərinə kompensasiya ödəniləcək

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) mayın 8-də ləğvetmə prosesində olan "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunmayan əmanətçilərinə kompensasiya ödəməyə başlayacaq.

Bu barədə jurnalistlərə açıqlamasında Fondun icraçı direktoru Azad Cavadov bildirib.

“Həmin bankın qorunmayan əmanətçilərinə 2 aydır ki, kompensasiya ödəmək istəyirik. Sadəcə 2 nəfər ona ödəniləcək məbləğdən narazılıq edirdi, buna görə də məhkəmə tərəfindən kreditorların siyahısının təsdiqlənməsi ləngiyirdi. Nəhayət ki, məhkəmə qərar verdi, həmin 2 nəfərin işinə ayrıca baxılacaq. Yəni, nə vaxt onlarla bağlı qərar verilər, onda da kompensasiya ödəyərik. Qalan kreditorlara isə pul ödəyəcəyik. Adambaşıma 50 min manat ödəniləcək. İlk tranş üzrə ödənişdən sonra bankdan pul alası cəmi 31 nəfər qalacaq”, - deyə ADİF başçısı qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et