"Qafqaz İnkişaf Bankı" və "Atrabank"ın əmanətçilərinə 15 mln. manat kompensasiya ödəniləcək | Banco.az

"Qafqaz İnkişaf Bankı" və "Atrabank"ın əmanətçilərinə 15 mln. manat kompensasiya ödəniləcək

 Sığorta hadisəsi baş vermiş "Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-lərin qorunan əmanətçilərinə ödəniləcək kompensasiyanın ilkin məbləği məlum olub. Bu barədə "Report"a Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, "Qafqaz İnkişaf Bankı"nın əmanətçilərinə təxminən 1,5 mln. manat, "Atrabank"ın əmanətçilərinə isə təxminən 13,9 mln. manat kompenasiya ödənilməlidir. Başqa sözlə, iki bankda kompensasiya ediləcək əmanətlərin ümumi məbləği 15,4 mln. manatdır.

Ən sərfəli kredit üçün müraciət et

ADİF rəhbəri onu da qeyd edib ki, əmanətçilərə kompensasiya ödəmək üçün agent-bank qismində bu dəfə də bankların özləri çıxış edəcək: "Ödəniləcək məbləğ elə də böyük deyil, buna görə də digər bankları bu prosesə cəlb etmədik. Artıq əmanətçilərdən müraciətlər qəbul edilir və bir qədər sonra ödənişə başlanacaq".

Ən sərfəli krediti almaq üçün müraciət et