Pulun hansı funksiyaları vardır? | Banco.az

Pulun hansı funksiyaları vardır?

Pulun funksiyası dedikdə  - onun təsərrüfatdakı rolunun konseptual ifadəsi başa düşülür.

Pullar o qədər müxtəlif xüsusiyyətlər toplusuna malikdir ki, onları öyrənmək üçün mütləq şəkildə təsnif etmək zərurəti yaranır. Bu zaman bır sıra funksiyaları fərqləndirmək tələb olunur. Pulun hər bir funksiyası bu və ya digər dərəcədə, müəyyən  eynicinsli iqtisadi əməliyyatlar çevrəsini təsvir edir. Həmin əməliyyatlar pulun qeyd edilən funksiyasının köməkliyi ilə gerçəkləşir.

Bu zaman həm də nəzərə almaq lazımdır ki, pul – funksiyalar toplusu deyil və o hər hansı bir funksiyanı yerinə yetirərkən də, özünün digər funksiyalarını da qoruyub saxlayır.

Pulların funksiyaları daimi dinamikdir: bəzilər əvvəl, digərləri isə daha sonra meydana çıxıb. Bəzi funksiyalar öz məzmununu ciddi şəkildə dəyişib, bəzilərinin əhəmiyyəti isə nəzərə çarpacaq qədər azalıb.

Özünün keçdiyi təkamül yolunda pulların funksiyalarını aşağıdakı kimi təqdim etmək olar:

  • I mərhələ. Pullar dəyərləndirmə meyarı kimi. Tarixən pullun ilk funksiyası. Qiymətləndirmə meyarı kimi pul bütün əmtəə və məhsulların dəyərinin ölçülməsi üçün vahid meyar rolunu oynayır.
  • II mərhələ. Pul alqı vasitəsi kimi. Alqı vasitəsi funksiyası kimi pul özülündə tədavül vasitəsini əks etdirir. (yəni zamandan asılı olaraq dəyərin dəyişməsi).
  •  III mərhələ. Pul ödəniş vasitəsi kimi. Ödəniş vasitəsi kimi pulun funksiyasına baxdıqda pulun dəyərinin dəyişməsini müşahidə edirik. Yəni məhsulun alqısı ilə satılması anı arasında pul öz dəyərini dəyişə bilir. Bu da kredit kimi iqtisadi təzahürün yaranmasına rəvac verir.
  • IV mərhələ. Pul paylaşma vasitəsi kimi. Pulun paylaşma (bölüşdürmə) funksiyasında əsas mahiyyət onun hərəkət etməsidir. Pul sahibdən alıcısına doğru hərəkət edir. Bu funksiya dövlət maliyyəsinin yaranması üçün obyektiv iqtisadı zəmin yaradır.
  • V mərhələ. Pul əmanət-yığım vasitəsi kimi. Əmanət və yığım prosesi müasir iqtisadiyyatın zəruri elementdir.
  • VI mərhələ. Pul valyuta dəyişmə-mübadilə vasitəsi kimi.  Dünya pullarının bu funksiyası valyuta mübadiləsinə, ödəniş balansının yaranmasına, valyuta məzənnələrinin formalaşmasına imkan yaradır.

Dəyərləndirmə meyarı kimi  - dəyər ölçüsü – müxtəlif mal və xidmətlərin də­yər­lərinin ölçülməsi və müqayisə edilməsi üçün istifadə olunur. O, ümumi qəbul olunmuş ekvivalent rolunu oynayır.

Ən sərfəli kredit üçün müraciət et

Malların pulla ifadə olunmuş dəyəri onların qiy­mətini təşkil edir. Bütün əmtəələrin, məhsulların xidmətlərin, istehsalat xərclərinin, fərdi və ümumi ehtiyacların dəyəri, zənginlik, gəlirlər, borclar hamısı pulla ifadə oluna bilir – hər şeyin pulla ölçülən dəyəri vardır. Müasir pulların nəinki statik, həmçinin dinamik ölçü funksiyaları da vardır.

Alqı vasitəsi kimi – Pul tarixən ilk yaranan funksiyalarından biridir. Tədavül vasitəsi anlayışı altında alıcının mal və ya xidmətləri alarkən satıcıya verdiyi xüsusi növ  əmtəə başa düşülür. Siz köynəyi alarkən malın əvəzinə geyim mağazasında pul qoyursunuz, pulların alıcıdan satıcıya bu cür verilməsi sazişin baş tutmasına imkan verir. Siz həmişə əminsiniz ki, istənilən mağaza pullarınızı əldə edilən malların ödənişinə qəbul ediləcək, belə ki, pul-hər yerdə geniş yayılmış mübadilə vasitəsidir.

Bu funksiya alqı-satqı prosesi ilə bağlıdır, yəni məhsul pula çevrilir.  Məhsulların satışı zamanı məhsulun satıcıya təhvil verilməsi anı ilə pulların ondan alınması anı arasında zaman kəsiyi əmələ gələ bilər. Bunu ödənişin sonradan edilməsi, təxirə salınması və ya kredit də adlandırmaq olar.

Pullar nəhayət ki, alıcıya çatmış olanda onlar ödəniş vasitəsi funksiyasını yerinə yetirmiş olur. Bu zaman pullar yaranmış borcu aradan qaldırır. Onlar təkcə krediti qapamış olmur, həm də əməkhaqqı və  digər avans ödənişlərini gerçəkləşdirmək imkanı verir.

Pullar paylaşma funksiyası – tədavül və ödəniş funksiyalarından daha sonra yaranıb. Məğzi ondan ibarətdir ki, bir iqtisadi müstəqil subyekt biz heç bir ekvivalent qarşılıq və əvəz istəmədən müəyyən məbləğdə vəsaiti başqa bir subyektə ötürür. Dövlət büdcəsi, müəssisələrinin mənfəətinin bölüşdürülməsi müasir dövlətlərin sosial-iqtisadi sistemi məhz bu funksiyaya söykənir.

Pulların yığım və əmanət funksiyası – pullar dövriyyə üçün deyil, sərbəst var dövlət yaratmaq üçün istifadə olunur. Bütün investisiya prosesi, iqtisadi inkişaf, bank sisteminin, fond və maliyyə bazarının, sığorta və əmanət fondlarının inkişafı məhz bundan asılı olur.

 

Pullar həmişə yalnız milli iqtisadiyyata deyil, həm də də beynəlxalq iqtisadiyyata xidmət göstərib. Pulların valyuta funksiyasının rolu daima artır. Xüsusi ilə də dünya iqtisadiyyatı və maliyyəsi getdikcə qloballaşır. Avro kimi kollektiv valyutalar yaranır.

Konul Soltanova, [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et