Problemli Kreditlər üzrə Mütəxəssis axtarılır - YENİ VAKANSİYA | Banco.az

Problemli Kreditlər üzrə Mütəxəssis axtarılır - YENİ VAKANSİYA

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Tovuz şəhərində yerləşən filialı üçün "Problemli Kreditlər üzrə Mütəxəssis" vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

  • İş yeri: Tovuz şəhəri;
  • Ali təhsil; 
  • Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Riyaziyyat, iqtisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər;
  • Etibarlı sürücülük vəsiqəsi;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Müştərilərlə davranış etikası.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor - Tovuz) qeyd etməklə göndərmələri xahiş olunur.

Ən sərfəli kredit üçün müraciət et

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç