Prezident müştərək sığorta ilə bağlı qanunu imzaladı | Banco.az

Prezident müştərək sığorta ilə bağlı qanunu imzaladı

Azərbaycan Prezidenti “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Qanuna müştərək sığorta ilə bağlı maddələr əlavə edilib. 

Əlavəyə görə, müştərək sığorta – müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir və zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi.

Müştərək sığorta fondu – fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusudur. 

Ən sərfəli kredit üçün müraciət et

Müştərək sığortaçı – müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçıdır. 

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycanda kənd təsərüfatı risklərinin müştərək sığorta mexanizmi tətbiq ediləcəkdir. Yaradılacaq müştərək sığortaçıya sığorta şirkətləri üzv olacaqlar.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç