Prezident İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan edib | Banco.az

Prezident İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan edib

Cümə axşamı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir. İclasda 2013-cü ildə ölkənin sosial-iqtisadi inkişafının nəticələri və 2014-cü ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Bu barədə Azərbaycan Dövlət Televiziyasının (AzTV) saytında dərc olunmuş materialda məlumat verilir. Ölkə rəhbəri iclasda niqtlə çıxış etmişdir. İclasda Maliyyə naziri Samir Şərifov, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov və Səhiyyə naziri Oqtay Şirəliyev də çıxış etmişdir. İclasın yekunlarına əsasən, prezident İlham Əliyev 2014-ci ili Azərbaycanda sənaye ili elan etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az / Sevinc İbadova

Ən sərfəli krediti almaq üçün müraciət et