“Premium Bank”a sədr təyin edilib | Banco.az

“Premium Bank”a sədr təyin edilib

“Premium Bank” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

Məlumata görə, indiyə qədər sədri əvəz edən İH-nin üzvü və Maliyyə departamentinin direktoru Mahir Nəcəfov  İdarə Heyətinin sədri təyin edilib.

O, yeni vəzifəsində Mahir Əhmədovu əvəz edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 104,601 milyon manatdır. Bankın səhmlərinin 84,48%-i Zərifə Həmzəyevaya, 15,22%-i "VIP Aviation Services" MMC-yə, 0,31%-i isə Elvira Əhmədovaya məxsusdur.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et