POS-terminallların 2/3-si Bakıdadır | Banco.az

POS-terminallların 2/3-si Bakıdadır

Azərbaycanda mövcud POS-terminalların ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 82,4% artaraq 2015-ci il mayın 1-nə 78 039 ədədə çatıb.

Banco-nun Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, POS-terminalların 49 824 ədədi və ya 63,9%-i paytaxt Bakıda cəmləşib. POS-terminallların 28 215 ədədi və ya 36,2%-i regionların payına düşüb. POS-terminalların sayında paytaxt üzrə 52,8%, regionlar üzrə isə 3 dəfəyə yaxın illik artım müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, cari il mayın 1-nə ölkə əhalisinin hər 120 nəfərinə 1 POS-terminal düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 220 nəfər olub. 

Bir POS-terminala düşən əməliyyatların orta aylıq həcmi isə illik müqayisədə 32,7% azalaraq 2015-ci il mayın 1-nə 1 434,3 manat təşkil edib.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et