POS-terminallar vasitəsilə 330 milyon manat nağdsız əməliyyat aparılıb | Banco.az

POS-terminallar vasitəsilə 330 milyon manat nağdsız əməliyyat aparılıb

2013-cü ildə POS-terminallar vasitəsilə 330 milyon manat məbləğində nağdsız əməliyyat həyata keçirilib.

Gün.Az xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahir Məmmədxanov ötən ilin yekunları və bu il görüləcək işlərə həsr olunmuş mətbuat konfransında bildirib.

Nazir müavini qeyd edib ki, ümumi əməliyyatların sayı isə 3 milyon 500 min təşkil edib.

Onun sözlərinə görə, ötən il ölkə üzrə 7 min POS-terminal quraşdırılıb, bununla da ölkə üzrə quraşdırılan POS-terminalların sayı 33 minə çatdırılıb.

Nazir müavini bu il də ölkə üzrə POS-terminalların quraşdırılmasının davam etdiriləcəyini qeyd edib.

Audit və operativ nəzarət məsələləri üzrə vergilər nazirinin müşaviri İlqar Əhmədov əlavə edib ki, nağdsız hesablaşmaları genişləndirmək üçün hazırlanan təkliflər hökumətə təqdim olunub.

Onun sözlərinə görə, gün ərzində 80-100 obyektə POS-terminal quraşdırılır. O, il ərzində 82 min 500 POS-terminalın quraşdırılacağını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et