Portmanat: onlayn ödənişlərin 'Macintosh'-u? | Banco.az

Portmanat: onlayn ödənişlərin 'Macintosh'-u?

“Mən sizə indiyə qədər yaradılmış ən dahiyanə alətdən danışıram.” (Stiv Cobs Makintoş 512K haqqında, 1984). Əslində “Apple”-ın komputeri rəqiblərindən texniki göstəricilərinə görə geri qalırdı. Amma Stivin özəlliyi də elə onda idi ki, o, texnoloji innovasiyadan daha çox insanlara onların sevəcəyi bir alət vermək istəyirdi. Hamımızın öyrəşdiyi komputer dizaynı, ekran, klaviatura, maus məhz Cobsun təqdimatı ilə tanıdılan Apple komputerlərindən gəlir. Stiv Cobsun məqsədi müasirliyi əlçatan, insana daha yaxın, sadə və xoş etmək idi.

     “Müasir olmaq xoşdur!”. Portmanat bu şüarla müasir texnologiyalardan istifadənin insanlara xoş olacağına inanır. Biznesinin əsası elektron ödənişlər olan bu şirkət insanlara gündəlik ödənişlərini rahat etməsi üçün geniş imkanlar yaradır. İnternet vasitəsilə komputerdən, smartfondan və yaxud da SMS-lə adi mobil telefondan istənilən xidmətin ödənişini bir neçə saniyə ərzində həyata keçirə bilərsiniz.Komunal ödənişlər, mobil operatorlar, televiziya, internet və bir çox başqa ödənişlər Portmanatda mövcüddur. Pul qabınız, ödəmə məlumatlarınız, tarixçəniz və ödəmə vasitəniz hamısı birlikdə mobil telefonunuzda daim yanınızda, istifadənizə hazır, sizi gözləyir.

    Portmanatla hesab açmaq və hesaba pul yatırmaq sadədir. Portmanat.az saytından və ya mobil tətbiqindən mobil nömrənizlə hesab açıb, mövcud balans artırma vasitəsitələri ilə hesaba pul yatırırsınız və pul Portmanat pulqabınızda ödəniş etmək üçün hazırdır. Balans artırmaq isə Portmanatda mövcüd bütün üsullarla mümkündür. Ödəniş terminalları, bank kartı, kriptovalyuta, digər pul qabılar, mobil operator balansından və yaxud Portmanat Kod adlanan vauçerlə hesabınıza pul qoya bilərsiniz.

     Portmanat ödəmə etməklə yanaşı, istifadəçilərinə öz aralarında hesabdan hesaba pul göndərmək və Portmanatın təqdim etdiyi plastik kart – Portmanat Kart vasitəsilə pullarını nağdlaşdırmaq imkanı da yaradır. Avtomatik Ödənişlər, Şablonlar və başqa funksiyaların rahatçılığını istifadəçilər özləri kəşf edəcək. Vacib olan bundan sonra ödəniş vərdişimizin dəyişməsidir. Ödəniş etmək özü-özlüyündə xoşagəlməz bir prosesdir. Pulunuz gedən, vaxtınız gedən və bir çox xırda narahatçılıqlarla dolu bir proses. Portmanat müasir ödəmə texnoloqiyalarını bir yerdə toplayaraq ödəniş prosesini maksimum xoş etməyi özünə məqsəd qoyub.

 Portmanat Azərbaycanın “Macintoshu” ola biləcəkmi?

    “Apple” bir zamanlar əl çatmaz görünən komputerləri evlərə gətirdi və insanalara yaxın olmasına nail oldu. “Macintosh” ilk komputer idi ki, korporasiya işçilərindən daha çox adi istifadəçilər üçün nəzərdə tutulmuşdu. Portmanat komandası da innovativ məhsulunu geniş istifadəyə açır, insanlara yaxın edir. Məqsəd mobil ödəmə tətbiqinin, elektron pulqabının rahatçılığını və Portmanatdan ödəmənin başqa üsullardan daha xoş olduğunu göstərməkdir. Məhz elə bu strateqiyası ilə Portmanat “Macintosh”-u xatırladır. Zaman bu bənzətmənin nə qədər doğru olduğunu göstərəcək. Şirkətin fəlsəfəsi və məhsulun rahatlığı gələcək haqqında nikbin olmağa əsas verir.

Mənbə: technote.az

 

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç