Pis havanın Avropaya vurduğu zərər - 561 mlrd. | Banco.az

Pis havanın Avropaya vurduğu zərər - 561 mlrd.

Dünyada qeyri-sabit hava şəraiti nəticəsində baş verən problemlər və onların müxtəlif sahələrdə çalışan şirkətlərə vurduğu zərər artmaqdadır. Bunun qarşısını almaq üçün "hava riskləri"ni idarə etmək lazımdır.
Bu barədə fins.az dünyanın ən böyük təkrarsığorta şirkətlərindən biri olan  "Allianz Global Corporate & Specialty SE" (AGCS) şirkətinin hazırladığı "Hava biznesi- şirkətlər havanın artan dəyişkənliyindən özlərini necə qoruya bilərlər" adlı hesabatına əsasən xəbər verir. Hesabatda bilririlir ki, iqlim dəyişmələrinin gətirdiyi fəsadlar Avropa iqtisadiyyatına ildə 406 mlrd. avro və ya 561 mlrd. dollar zərər vura bilər. Belə ki, 2012-ci ildə bütün dünyada 905 təbii fəlakət baş verib ki, onların da 93%-i hava ilə bağlı olub. Bu fəlakətlər 170 mlrd. ziyan vurub.

Bundan başqa, qeyri-sabit havaya görə xərclər də artır. "Allianz"ın məlumatına görə, təkcə son 3 ildə sığrta şirkətləri məhz bu hallara görə ildə 70 mlrd. dollar ödəniş veriblər. Halbuki, 80-ci illərdə bu rəqəm 15 mlrd. dollar idi.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, 2010-cu ilin fevralında ABŞ-da güclü qar yağması 160 milyon dollar, elə həmin il Avstraliyada baş verən daşqın koks kömürü sahəsinə 2 mlrd. dollar, 2012-ci ildə Rusiyadakı quraqlıq ümumi məhsulun 7,5%-i qədər, 2013-cə Kanadadakı daşqın 2 mlrd. dolar, bu ilin iyununda Almaniya və Mərkəzi Avropadakı daşqınlar 18 mlrd. dollar zərərə, iyulda isə Braziliyadakı şaxtalar 65 mln. ton çuğundurun məhvinə səbəb olub.
Ümumilikdə havaların ən güclü təsir etdiyi biznes sahələri kənd təsərrüfatı, tikinti, energetika şirkətləri, turizm, nəqliyyat sektoru və pərakəndə satış şəbəkələridir. Aqrar sahə daşqın və quraqlıqlardan, enerji şirkətləri gəlirlərinin kəskin aşağı düşməsindən, pərakəndə şəbəkələr isə satışların azalmasından sığortalanırlar. İlk baxışdan qəribə görünə bilən ciddi risklər də var. Məsələn, külək enerjisi şirkətləri küləyin həddən artıq zəif və ya həddən artıq güclü olmasından sığortalanırlar.

Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et