Pinterestin səhmləri nə qədər artdı? | Banco.az

Pinterestin səhmləri nə qədər artdı?

ABŞ-da yerləşən "Pinterest" sosial media platformasının ilkin ictimai təklifi (İPO) keçdiyimiz günlərdə Nyu-York Fond Birjasında keçirilib. Şirkət Nyu York Fond Birjasında ilk icra gününə 25 faiz artımla - 23,75 dollarla başladı. Mövcud vəziyyətə baxdığımızda, artımın davam etdiyini və gün içində 28%-lə ən yüksək səviyyəsinə çatdığını gördük.  

Bir müddətdir İPO gözlənən Pinterest 19 apreldə Wall Street-də əməliyyata başladı. Xalqa açılan şirkət, birjadakı əməliyyat gününün ilk günündə sərmayəçilərdən 1.4 milyard dollarlıq fond yığdı. Şirkətin 75 milyon səhmləri hər bir səhmin 15 ilə 17 dollar arasında satıldığı halda, 19 dollara satıldı. Sonrakı gün təxminən 25% artım görüldü və son olaraq 28%-i görən Pinterestin hazırki artım səviyyəsi 24%-dir. 

Ən sərfəli kredit üçün müraciət et

İstifadəçilərə sevdiyi şəkilləri düzəltməyə və paylaşmağa, dekorasiya məsləhətlərinə və bir çox başqa şəkilləri əldə etməyə imkan verən Pinterest ayda orta hesabla 250 milyon insan tərəfindən istifadə edilir. Pinterest həm bir sosial şəbəkə olaraq Facebookla, həm də e-ticarət sahəsində xidmət verdiyi üçün Amazon və eBay kimi nəhəng şirkətlərə qarşı rəqabətini davam etdirir.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et