“Petkim” Türkiyə və Azərbaycanın ən rəqəmsal şirkəti olacaq | Banco.az

“Petkim” Türkiyə və Azərbaycanın ən rəqəmsal şirkəti olacaq

"2018-ci il rəqəmsallaşma və infrastruktur işləri baxımından “Petkim” üçün həlledici il olub. Sənaye 4.0 parametrləri ilə istehsalda qabaqcıl analitik texnologiyaların və süni intellektin tətbiqinə başlanılıb".

Bunu İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim”in Baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə görülən işlər bu il də öz bəhrəsini verib: “Petkim”in rəqəmsallaşma işləri ilə məşğul olan komandası bu vaxta qədər 40-dan çox layihə həyata keçirib. Bu layihələr kompyuter təhsili, süni intellekt, görüntü tanıma, proseslərin robotlaşdırılmış avtomatizasiyası kimi texnologiyların tətbiqi vasitəsilə reallaşdırılıb”.

Ən sərfəli kredit üçün müraciət et

A.Məmmədov onu da bildirib ki, yeniliklərdən biri də Etilen fabrikində tətbiq olunan Etilen Soba Optimallaşdırma Modelidir (EFOM): “Əvvələr həftədə bir dəfə 8 soba işlətmə ssenarisi həyata keçirilirdisə, bu layihə nəticəsində hər 15 dəqiqədən bir 54 milyard ssenarinin istehsalı mümkün olub ki, bunların da arasından “Petkim” üçün ən uyğun və ən məhsuldar ssenari seçilərək həyata keçirilir. Yeni layihələr maliyyə baxımından da səmərəlidir. “Petkim” bütün şirkətdə tətbiq olunması nəzərdə tutulan layihə ilə Türkiyə və Azərbaycanın ən rəqəmsal şirkəti olması isiqamətində addım-addım irəliləyir”.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et