“Peşəkar mühasib” kursunun növbəti qrupuna iştirakçı qəbul elan edilir | Banco.az

“Peşəkar mühasib” kursunun növbəti qrupuna iştirakçı qəbul elan edilir

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) “peşəkar mühasib” hazırlıq kurslarının növbəti qrupunaiştirakçı qəbulunu elan edir. Kurs Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutlan “Peşəkar mühasib” sertifikasiya imtahanlarına hazırlığı ehtiva edir. Kurs müddətindəMaliyyə HesabatlarınınBeynəlxalq Standartları əsasında uçotun aparılması, MHBS əsasında maliyyə hesabatlarının hazırlanması və İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarına (İPSAS) dair əsas məqamlar tədris olunacaqdır.

Kursda iştirak etmək istəyən şəxslərdən qeydiyyat formasını (http://arpa.org.az/az/pes%c9%99kar-muhasib-hazirliq-kursu/) dolduraraq aşağıdakı email ünvanına göndərmək tələb olunur.

Ən sərfəli kredit üçün müraciət et

Kursun müddəti: 8 ay

Kursun qiyməti: 131.25 AZN/ay

Əlaqələndirici şəxs: Gülnar Hüseyn

Tel: (+99412) 505 53 02; (+99455) 202 93 43

Email: gülnar.huseyn@arpa.org.az

Ən sərfəli krediti almaq üçün müraciət et