“Peşəkar mühasib” hazırlıq kursları başlayır | Banco.az

“Peşəkar mühasib” hazırlıq kursları başlayır

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) “peşəkar mühasib” hazırlıq kurslarına 4 May tarixində start verir.

Kurs Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında uçotun aparılması, MHBS əsasında maliyyə hesabatlarının hazırlanması və İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarına (İPSAS) dair əsas məqamları özündə ehtiva edir.

Təlim kursu 2 moduldan ibarətdir:

I Modul – Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında uçotun aparılması

II Modul: MHBS əsasında maliyyə hesabatlarının hazırlanması və İSMUBS üzrə əsas məqamlar 

Ən sərfəli kredit üçün müraciət et

Kursun müddəti: 8 ay, 188 saat həftədə 1 dəfə.

Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.

Ətraflı məlumat üçün ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bakı, istiqlaliyyət küç., 31C
AZ1001, Bakı, Azərbaycan

E: office@arpa.org.az
T: (+99412) 505 00 56

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç