Pərakəndə ticarətdə istehlak məhsullarının 49 faizini fərdi sahibkarlar satır | Banco.az

Pərakəndə ticarətdə istehlak məhsullarının 49 faizini fərdi sahibkarlar satır

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyərək 18 milyard manat olub. Ticarət dövriyyəsinin 8 milyard 944,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9 milyard 33 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyun aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,1 faiz artıb.

İlin ilk yarısında istehlak məhsullarının dəyər ifadəsində 20 faizi ticarət müəssisələri, 49 faizi fərdi sahibkarlar tərəfindən, 31 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8 faiz, fərdi sahibkarlar üzrə 0,2 faiz artıb, bazar və yarmarkalarda isə 5,3 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Yanvar-iyun aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 303,2 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 11,5 manat çox olub. Ticarət şəbəkəsində hər sakin orta hesabla ayda 150,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et