Pauel: "Fed-in faiz endirməsi üçün sahə var" | Banco.az

Pauel: "Fed-in faiz endirməsi üçün sahə var"

Fed Sədri Pauel, Senatda çıxışında, Fed-in faiz endirməsi üçün sahəsi olduğunu qeyd edib.

Fed sədri Cerom Pauel (Jerome Powell), ABŞ mərkəzi bankının pul siyasətini yumuşaltmaq üçün sahəsi olduğunu bildirib. O, inflyasiya və işsizlik nisbəti arasındakı əlaqənin zəiflədiyini qeyd edib.

Pauell, Cümə axşamı günü Senatın Bankçılıq Komitəsinə çıxışında, "İşsizlik nisbəti və inflyasiya arasındakı əlaqə zəif hala gəlib. Daha zəif, daha zəif və daha da zəiflədi",- deyib.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Prezidenti Donald Tramp faizləri aşağı salması üçün Fed-ə  təzyiq göstərir. Eyni zamanda, ticarət gərginliklərinə bağlı olaraq emal sektoru və iş dünyası inamında azalmadan qaynaqlanan qlobal tənəzzül başlayıb. Bu səbəblərdən Fed-in bu ayın sonunda keçirəcəyi iclasda yarnmış zəifliyin aradan qaldırılması üçün faizlərin aşağı salınacağı gözlənilir. 

Pauell Konqresdə etdiyi çıxışında, ABŞ iqtisadiyyatının çox yaxşı bir yerdə olduğunu deyib və mərkəzi bankın iqtisadiyyata burada saxlamaq üçün vasitələrini istifadə etmək istədiyini bildirib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et