"Pasha Life" yeni vakansiya elan edib - DİQQƏT | Banco.az

"Pasha Life" yeni vakansiya elan edib - DİQQƏT

Vakansiya haqqında məlumat:

Struktur bölmə : İnvestisiya şöbəsi
Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 6 mart 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Şirkətin depozit portfelini və portfelin öhdəliklərə uyğunluğunu təhlil etmək;
2. Depozit yerləşdirilən bankların hesabatlarını mütəmadi təhlil etmək və bankla bağlı kredit riskini daxili metodologiyaya uyğun hesablamaq;
3. Sığorta ehtiyatlarının strukturunu (müddət, valyuta və s.) təhlil etmək və aktivlərin uyğunluğunu müqayisə etmək;
4. Şirkətin digər struktur bölmə və orqanlarının sorğusuna əsasən investisiyalar üzrə təhlillər hazırlamaq.

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.

Namizədə olan tələblər:

İş təcrübəsi :

Bankın Hesabatlıq (Prudensial və Maliyyə) sahəsində və ya Bankların fəaliyyətinin təhlili sahəsində 2 il iş təcrübəsi tələb olunur;

Təhsili/ixtisası :

Maliyyə, İqtisadiyyat, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və ya Mühasibatlıq ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur. Magistr təhsili üstünlükdür;

Dil bilikləri :

Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərində yaxşı səviyyədə bilməlidir;

Kompüter bilikləri :

Böyük məlumat bazaları ilə işləmək bacarığı; Excel proqramından yüksək səviyyədə istifadə, məntiqi düsturları qurmaq bacarığı; Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq; Word və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları.

Üstünlüklər:

Riyaziyyat, məntiq və statistika üzrə biliklər; Mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük.;

Fərdi keyfiyyət tələbləri :

Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problemlərin həlledilməsi, geniş perspektiv, gələcəyi planlaşdırma.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az, (012) 942

Vakansiya üçün müraciət qaydası :

Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək İnvestisiya şöbəsinin mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç