PAŞA Sığorta şirkəti Yeni il qabağı uşaqların sevincinə səbəb oldu | Banco.az

PAŞA Sığorta şirkəti Yeni il qabağı uşaqların sevincinə səbəb oldu

PAŞA Sığorta şirkəti  Yeni il qabağı Sumqayıtda yaşayan hər iki valideynini itirmiş, sağlamlıq imkanları məhdud olan, aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş etdi.

26 dekabr 2018-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin «Mərhəmətli olmağa tələsin!» layihəsi çərçivəsində növbəti xeyriyyə aksiyasına PAŞA Sığorta şirkəti də qoşuldu.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə 100 nəfər hər iki valideynini itirmiş, sağlamlıq imkanları məhdud olan, aztəminatlı ailələrin uşaqlarına  Sumqayıtda yerləşən 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində bayram şənliyi keçirildi. Tədbirə giriş olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək, tədbirdə iştirak edən PAŞA Sığorta ASC-nin əməkdaşlarını eləcədə bölmənin qeydiyyatında olan hər iki valideynini itirmiş, sağlamlıq imkanları məhdud olan, aztəminatlı ailələrin uşaqlarını salamlayaraq onları hər iki bayram münasibəti ilə təbrik etdi. Davam olaraq 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlar üçün xüsusi bayram proqramı təşkil olundu.

Ən sərfəli kredit üçün müraciət et

PAŞA Sığorta şirkətinin əməkdaşları da öz növbələrində bayram təbriklərini uşaqlarla bölüşdülər. Eyni zamanda bölmə sədri «Mərhəmətli olmağa tələsin!» aksiyasında aktiv iştirak edən PAŞA Sığorta ASC üçün bölmənin hazırladığı xüsusi Təşəkkürnamə şirkətin əməkdaşına təqdim etdi. Tədbirin sonunda uşaqlara bayram hədiyyələri paylanıldı.

Ən sərfəli krediti almaq üçün müraciət et