PAŞA Sığorta şirkəti “Sənətim Gələcəyim” layihəsinə start verir | Banco.az

PAŞA Sığorta şirkəti “Sənətim Gələcəyim” layihəsinə start verir

Daim Korporativ Sosial Məsuliyyət layihələrinə böyük yer ayıran PAŞA Sığorta şirkəti bu dəfə PAŞA Holdinqin dəstəsyi ilə yeni  “Sənətim Gələcəyim” layihəsinə start verir. Layihə çərçivəsində Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin 9 və 11ci siniflərdə tədris alan 25 nəfər arzularında olduqları sənətə yönləndiriləcəklər. Layihənin icrası Etika Akademiyasına həvalə olunub. Akademiyanın peşəkar müəllimləri uşaqlara ali məktəblərə qəbul olmağa və ya istədikləri peşəyə yiyələnməyə dəstək olacaqlar.

Layihənin məqsədi internatda təhsil alan yüksək bilik və bacarığa malik olan məktəbliləri dəstəkləmək və onların ölkəmizin aparıcı ali təhsil ocaqlarına qəbul olmaları, həmçinin hərtərəfli inkişafı üçün lazımi şəraiti təmin etməkdir. Bununla yanaşı məktəblilərin həvəs, qabiliyyət, dünyagörüşü və biliklərinin artırılması üçün onların iştirakı ilə bir sıra təlim və seminarların keçirilməsi planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Ən sərfəli krediti almaq üçün müraciət et