PAŞA Sığorta KASKO müştərilərinə könüllü əmlak sığortasına 50% endirim təklif edir | Banco.az

PAŞA Sığorta KASKO müştərilərinə könüllü əmlak sığortasına 50% endirim təklif edir

PAŞA Sığorta şirkəti ölkədə əmlak sığortasının təşviqi məqsədilə “Yay təklifi” adlı endirim kampaniyasına start verir.

Sentyabrın 13-dək PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcək müştərilər öz əmlaklarını 50% endirimlə - yarı qiymətə sığortalaya biləcəklər. Kampaniya şərtlərinə əsasən, 450 AZN və daha yüksək məbləğdə KASKO sığortası əldə edən fərdi müştərilər PAŞA Sığortadan xüsusi endirim sertifikatı qazanacaqlar. Bu sertifikat vasitəsilə onlar könüllü əmlak sığortasını tam 50% endirimlə əldə edə biləcəklər. Qeyd edək ki, könüllü əmlak sığortası yanğın, ildırım düşməsi, partlayış, qısa qapanma, subasma, üçüncü şəxslərin hərəkətləri, təbii fəlakətlər və bu kimi risklərə təminat verir.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün müştərilər PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərlər. Bununla yanaşı, avtomobilin marka/modeli, təqribi bazar dəyəri, sürücülük təcrübəsi, tələb olunan azadolma məbləği kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət etmək mümkündür. 

Ən sərfəli kredit üçün müraciət et

Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Ən sərfəli krediti almaq üçün müraciət et