“Paşa Holding” bu bankdan 94 milyon manat qazanıb | Banco.az

“Paşa Holding” bu bankdan 94 milyon manat qazanıb

Azərbaycanın ən böyük banklarından biri olan “Kapital Bank” ( 3 mlrd cəmi aktivlər)  2017-ci il üzrə səhmdarlara ödəniş edib.

Bank səhmdarlara məbədən vergi tutulmazdan əvvəl 94 mln 839 min manat ödəniş edib.

Xatırladaq ki, “Kapital Bank” ASC -ə aidiyyatı şəxslər 452 nəfərdir bunlardan 413-ü fiziki şəxs, qalan 39-u isə hüquqi şəxsdir.

Ən sərfəli kredit üçün müraciət et

“Kapital Bankın”  əsas səhmdarı “Paşa Holding”dir. Bankın nizamnamə kapitalında “Paşa Holding”in payı 99,87% dir. Bankın  2017-ci il üzrə nizamnamə kapitalı 185 mln 850 min manat olub.

Qeyd edək ki, bank 2017-ci ili 112 mln 407 min manat məbləğ mənfəətlə başa vurub.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et