Paşa Həyat Sığorta şirkətinin aktivləri artıb - AUDİT HESABATI | Banco.az

Paşa Həyat Sığorta şirkətinin aktivləri artıb - AUDİT HESABATI

Paşa Həyat Sığorta şirkəti 2017-ci il üzrə audit hesabatını açıqlayıb.

Belə ki, 2017-ci il 31 dekabr tarixinə sığorta şirkətinin cəmi aktivləri 218,230 mln. manat olub. Bu isə 2016-cı ilin sonu ilə müqayisədə 40,4% çoxdur. Sözügedən dövrə şirkətin cəmi öhdəlikləri 160,043 mln. manat olub ki, bu da öhdəliklərin bir il ərzində 60 mln. manata yaxın artdığını göstərir. Öhdəliklərin isə 152 mln. manatı sığorta müqavilələri üzrə, 5 mln. manatı isə təkrar sığorta ilə bağlı öhdəliklərdir. 

Sığorta şirkətinin cəmi kapitalı 2016-cı ilin sonu ilə müqayisədə 2017-ci ildə 7,5% artaraq 58,187 mln. manata çatıb. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 40,250 mln. manatdır.

Ən sərfəli kredit üçün müraciət et

Paşa Həyat sığorta şirkəti ili mənfəətlə başa vurub.

Belə ki, mənfəəti 22,289 mln. manat olan şirkət 4,955 mln. manat vergi ödəyib və ötən ili 17,334 mln. manat xalis mənfəətlə başa vurub.

Paşa Həyat Sığorta şirkətinin audit hesabatı ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et