PAŞA Həyat Sığorta - İlin Həyat Sığorta Şirkəti mükafatına layiq görülüb | Banco.az

PAŞA Həyat Sığorta - İlin Həyat Sığorta Şirkəti mükafatına layiq görülüb

Ötən ilin bank və maliyyə sahəsində fərqlənən təşkilatlarının seçildiyi “İlin ən yaxşıları” səsverməsi yekunlaşdı. Banco.az saytının təşkil etdiyi, 1 ay ərzində davam edən və 10 mindən çox insanın qatıldığı səsvermədə 11 nominasiya üzrə qalib müəyyən olundu. Göstərdiyi xidmətlərə, təklif etdiyi məhsullara, yeniliklərə və innovasiyalara görə il ərzində seçilən "PAŞA Həyat Sığorta" bu ilki səsvermənin nəticələrinə görə “İlin Həyat Sığorta Şirkəti” nominasiyasında səslərin yarıdan çoxunu toplayaraq  qalib oldu. Səsvermədə 67% səs toplayaraq birinci yerə çıxan “PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.

Ən sərfəli kredit üçün müraciət et

Geniş çeşidli sığorta məhsulları, sağlam maliyyə durumu, sərfəli məhsul şərtləri və sığorta ödənişlərinin vaxtında icrası kimi xüsusiyyətlər "PAŞA Həyat Sığorta"nı rəqiblərindən fərqləndirən amillərdir. Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır. "PAŞA Həyat Sığorta"nı təbrik edir, bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirik.

Mükafatı Banco.az portalının rəhbəri Fərid İslamov PAŞA Həyat Sığorta Şirkətinin İdarə Heyəti Sədrinin 1-ci müavini İbrahim İbrahimova təqdim etdi.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç