“PAŞA Bank”ın reytinqi təsdiq edildi | Banco.az

“PAŞA Bank”ın reytinqi təsdiq edildi

“Standard&Poor's” (S&P) beynəlxalq reytinq agentliyi “PAŞA Bank”ın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB-/B” səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz “mənfi”dir.

Məlumatda, Bankın 2018-ci il ərzində Azərbaycan, Türkiyə və Gürcüstanda bazar payı və biznes həcmini artırmaq məqsədilə yüksək kreditləşmə templərini saxladığı bildirilir.

Agentlik hesab edir ki, Azərbaycanda bazar mövqeyinin möhkəmlənməsi, digər maliyyə təşkilatlarına nisbətən coğrafi diversifikasiyanın daha yüksək göstəriciləri, həmçinin səhmdarların banka dəstək verməyə hazır olmaları “PAŞA  Bank”ın biznesinin stabilliyinə təsir edir, həmçinin kapitallaşma göstəricilərinə olan təzyiqi neytrallaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

"S&P" yaxın 12-18 ay ərzində bankın biznesinin yüksək artım templərinin və hələ də Türkiyədə fəaliyyət göstərmənin yüksək iqtisadi risklərinin bankın biznesinin stabillik göstəricilərinə və aktivlərin keyfiyyətinə göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq reytinq proqnozunu “neqativ” saxladığını qeyd edir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et