PAŞA Bank Miles&Smiles kartı daha əlçatan oldu! | Banco.az

PAŞA Bank Miles&Smiles kartı daha əlçatan oldu!

Müştərilərinin rahatlığını daima diqqət mərkəzində saxlayan PAŞA Bank Miles&Smiles kartını daha əlçatan etdi.

Belə ki, bir çox üstünlüyü və unikal imkanları olan mil kartını əldə etmək istəyən hər kəs PAŞA Bank Miles&SmilesWorldBlackEditionkartını hissə-hissə ödəməklə əldə edə bilər.

Kartı əldə etmək üçün ilkin ödəniş 50 AZN təşkil edir, qalıq dəyəri isə 4 ay ərzində hər ay 50 AZN olmaqla kart hesabından avtomatik olaraq silinəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu müddət ərzində müştərilər Avans milləri və kartın bir sıra digər xüsusiyyətlərindən  istifadə edə bilməyəcəklər. Kartın dəyəri tam şəkildə ödənildikdən sonra kart sahibləri kartın bütün üstünlüklərindən faydalana bilərlər.

PAŞA Bank Miles&Smiles kartını hər zaman olduğu kimi Bankın filiallarında və ya https://miles.pashabank.az saytı üzərindən sifarış etmək mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et