Paşa Bank korporativ seqmentdə qalmağa davam edəcək | Banco.az

Paşa Bank korporativ seqmentdə qalmağa davam edəcək

Paşa Bankın 2014-cü ilin birinci rübünün yekunlarına dair həsr olunmuş iclasında Bankın İdarə heyətinin üzvü, Baş İnvestisiya inzibatçısı Taleh Kazımov bankın yaxın gələcək zamanla bağlı planları haqqında məlumat verdi.

O bildirdi ki, hal-hazırda Bankın 2015-2017-ci illər üçün strateji planı hazırlanır. Həmin mərhələdə bankın indiyə qədər etmiş olduğu investisiyaların öz bəhrəsini verməsi və Bankın mənfəətinin daha çox  artması gözlənilir.

Yola salınan dövr ərzində isə Paşa Bankın ilk regional mərkəzləri açılıb: Zaqatala və Gəncə ərazisində.  Bankın stategiyası təsdiqlənəndən sonra isə belə biznes mərkəzlərin Sumqayıt, Quba və Lənkəran regionlarında açılacağı gözlənilir.

Həmin bölgələrin potensialı korporativ bankçılığın inkişafı üçün münbit qiymətləndirilir.

Paşa Bank yenə də korporativ seqmentdə qalmağa davam edəcək və bankın xitab etdiyi bu bazar bankdaxili qaydalara əsasən üç seqmentə bölünür: biznes bankçılıq – kiçik sabibkarlar, dövriyyəsi 100 mindən 2 milyona  qədər olan bizneslər, kommersiya bankçılığı – orta sahibkatlar, dövriyyəsi 2-10 milyon arası olan bizneslər və 10 milyondan böyük dövriyyəsi olan iri korporativ müştərilər.

Ən sərfəli kredit üçün müraciət et

Bankın hazırda kredit portfelinin həcmi 385 milyon AZN-dir.

Bununla yanaşı, bu il Paşa Bank öz Fərdi Bankçılıq (Private Banking) müştərilərinə Visa İnfitini kartlarını təqdim etmişdir.

Həmçinin ötən yarım il ərzində Bank öz ekvayrinq sistemini qurmağa başlamışdır.

Ticarətin maliyyələşməsi sahəsində say etibarı ilə 100-dən çox 35 milyon manat həcmində əməliyyat həyata keçirilib. Söhbət akkreditiv və qarantiyalardan gedir və sözügedən məhsullar olduqca persepktivli görünür.

Həmçinin mart ayında banklararası kreditləşmədə ilk repo əməliyyatı baş tutub, bu cür sövdələşmələrə də bazarda böyük tələb və maraq hiss olunur.

Bununla yanaşı, AccessBankın və qeyri-maliyyə sektorundan olan Embawood şirkətinin istiqrazları Paşa Bankın market-meykerliyi ilə bazara çıarılmışdır. 

Ən sərfəli krediti almaq üçün müraciət et