Paşa Bank HackerRank müsabiqəsində iştiraka tələsin! | Banco.az

Paşa Bank HackerRank müsabiqəsində iştiraka tələsin!

Artıq ölkəmizin ən güclü developerləri öz güclərini PAŞA Bankın Rəqəmsal Laboratoriyasının təşkil etdiyi müsabiqədə iştirak etməklə sınaya bilərlər.

Müsabiqə HackerRank platforması üzərindən keçirilir. İştirakçilar 5 saatlıq onlayn müsabiqədə bir neçə alqoritm, praktiki və nəzəri suallarla sınağa çəkiləcəklər.

Müsabiqə Front-end ve Back-end developerler üçün ayrı-ayrılıqda təqdim olunur.

 

Diqqət:

• Back-end müsabiqəsində praktiki suallara Java, PHP, Go, C, C++, JavaScript proqramlaşdırma dillərindən istifadə mümkündür;

• Front-end musabiqəsində praktiki suallara JavaScript programlaşdırma dilində yazmaq mümkündür;

• Müsabiqə başladıqdan sonra vaxtı dondurmaq olmur;

• Müsabiqəyə qatılmadan öncə hackerrank.com saytında qeydiyyatdan keçib və müsabiqədən öncə təqdim olunan formada CV-ni yükləmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

 

Back - end müsabiqəsi üçün: https://lnkd.in/dEppAzY

Front - end müsabiqəsi üçün: https://lnkd.in/de5Ezgk 

 

Müsabiqədə iştirak üçün son müraciət tarixi 8 May 2019-dur.

Müsabiqəyə qatılacaq hər kəsə bol uğurlar arzu edirik!

Ən sərfəli krediti almaq üçün müraciət et