PAŞA Bank Euromoney Mərkəzi və Şərqi Avropa Forumunda iştirak edib | Banco.az

PAŞA Bank Euromoney Mərkəzi və Şərqi Avropa Forumunda iştirak edib

Avstriyanın paytaxt şəhəri Vyanada 15-16 yanvar tarixlərində növbəti Euromoney Mərkəzi və Şərqi Avropa Forumu təşkil olunmuşdur. Öncəki illərdə olduğu kimi, bu il də bu mötəbər tədbir nüfuzlu emitentlər, investorlar, maliyyə institutları, aparıcı banklar və dövlət rəsmilərini bir araya gətirərək Mərkəzi və Şərqi Avropa ölkələrində cərəyan edən önəmli hadisələr, bazar trendləri və perspektivlər barədə fikir mübadilələri aparmışdır. Sayca 24-cü olan builki forumda Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank da təmsil olunmuşdur. Avropada keçirilən ən iri işgüzar tədbirlərdən hesab olunan Euromoney Forumu regionda əsaslı biznes əlaqələrinin qurulması və əməkdaşlığın inkişafında mühüm rol oynayır.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et