Palata ölkədə yeni bankın yaradılmasını TƏKLİF EDİR | Banco.az

Palata ölkədə yeni bankın yaradılmasını TƏKLİF EDİR

Azərbaycanda real sektora, xüsusilə də kənd təsərrüfatına kredit qoyuluşlarının artırılması üçün ölkədə yeni bankın yaradılması təklif edilir.

Bu təkliflə Hesablama Palatasının Aqrar, ekologiya və yanacaq-enerji sahələrinin auditi sektorunun müdiri Siyavuş Mustafayev çıxış edib.

Sektoru müdiri ölkə iqtisadiyyatında real sektorun kreditləşdirilməsi imkanları və bununla bağlı xarici təcrübəyə istinadən edərək bildirib ki, iqtisadiyyata kredit qoyuluşları üzrə regional tarazlığın təmin olunmasına və kredit qoyuluşlarında aqrar sektorun payının kifayət qədər artmasına müsbət təsir göstərə biləcəyini nəzərə alaraq kənd təsərrüfatına xidmət edən ixtisaslaşmış bankın yaradılması təklif olunur.

Ən sərfəli kredit üçün müraciət et

Digər maraqlı təklif odur ki, həmin bankın vəsaitləri hesabına kredit verilərkən giro dairəsi daha geniş olsun (yəni daha çox növdə əmlaklar girov kimi qəbul edilsin).

Bundan başqa təklif edilir ki, həmin bank əhalinin aztəminatlı qruplarına da kreditlər ayırsın və bu zaman öhdəliyin təminatı kimi zaminlik üsuluna yer verilməsi imkanları da yaradılsın.

Palatanın nümayəndəsi təklif edir ki, həmin bank yaradılarkən bankın nizamnamə kapitalı formalaşdırılarkən burada beynəlxalq maliyyə institutlarının, o cümlədən etibarlı xarici və yerli investorların iştirakına imkan yaradılmalı və o müasir korporativ standartlar əsasında idarəedilməlidir.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et