Palata bank sektorunun yeni göstəricilərini açıqladı | Banco.az

Palata bank sektorunun yeni göstəricilərini açıqladı

30 iyun 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 980.1 milyon  manat, cəmi öhdəlikləri isə 25 milyard 380.5 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 599.6 milyon manat olub.

Müqayisə üçün qeyd edək ki, 31 dekabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 502.4 milyon manat, cəmi öhdəlikləri isə25 milyon 430.6 milyon manat təşkil etmişdi. İlk 6 ayda sektorun aktivləri və öhdəlikləri cüzi artıb.

 

Kredit portfeli

İyun ayına sektorun aktivlərinin 43.8%-ni kredit portfeli təşkil edir. Cari ilin ilk yarımilliyində kredit portfeli 4.1% (517.7 milyon  manat) artaraq, ümumi kredit portfeli ayın sonuna 13 milyard 146 milyon manat təşkil edib.

 

Öhdəliklər

2019-cu ilin iyun ayında fiziki şəxslərin əmanətləri 8 milyard 633.8 milyon manat təşkil edib. Cari ilin 6 ayı ərzində fiziki şəxslərin cəmi əmanətləri 4.4% (364.1 milyon manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş vermişdir. Belə ki, 6 ay ərzində tələbli depozitlər 18.1% (505.7 milyon manat) artmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Hüquqi şəxslərin depozitləri ilin ilk yarımilliyində 1.1% (114.1 milyon manat) azalsa da, müddətli depozitləri 55.4% (803.5 milyon manat) artaraq 2 milyard 253.2  milyon manata çatıb.

 

Balans kapitalı

Sektorun balans kapitalı ilin birinci yarısında 13% (527.8 milyon manat) artaraq 4 milyard 599.6 milyon manata çatıb.

 

Mənfəət və zərər

Cari ilin ilk yarımilliyində banklar 433.4 milyon manat xalis mənfəət əldə ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.1% (118.8 milyon manat), kreditlər üzrə faiz gəlirləri isə 18.4% (107.8 milyon manat) artıb.

 

Ümumi məlumatlar

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 513, şöbələrinin sayı 129, ATM-lərin sayı  2,571 olub. Bank sektorunun işçi heyətinin sayı cari ilin 6 ayında 5% (873 nəfər) artaraq 18,288  nəfər təşkil edib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et