Öz yolunuzu çəkin | Banco.az

Öz yolunuzu çəkin

Uğurlu insanların həyatına nəzər salanda asanlıqla görmək olur ki, onlar kiminsə açdığı yolla deyil, özlərinə məxsus yeni çığır açmışlar və öz açdığı yolda irəliləyib uğur əldə etmişlər. Təbii ki, bu yol düz və hamar bir yol olmamışdır. Onlar, hədəflərinə çatana qədər keşməkeşli yollardan keçmiş, həyatın enişli-yoxuşlu tərəflərində daim başladıqları bu yolu sona çatdırmaq olmuşdur. Həqiqətən də, uğurun sirrlərindən biri budur. Artıq mövcüd olan bir yolda sizin uğur qazanma şansınız azalır, bu vəziyyətdə siz, ən yaxşı halda həmin yolu açmış insanların yüksək maaşlı işçiləri ola bilərsiniz. Əsas məsələ isə, öz yolunuzu, öz cığırınızı açaraq əlavə fayda yaratmaq, yeni dəyər müəyyənləşdirmək və öz biznesinizdə uğur qazanaraq açmağa başladığınız bu yolu sona çatdırmaqdır.

Həyatda mümkün olmayan çox az şey vardır. Texnologiyanın yüksək sürətlə inkişaf etdiyi dövrdə uğur əldə edə bilmək üçün zamanın inkişaf tempindən geri qalmamaq lazımdır. Yəni, zamanın nəbzini tutaraq, bazarı araşdırmaq və daha çox ehtiyac olan sahədə fikir istehsal etmək və onu reallığa çevirərək öz yolunu inşa etmək və cəmiyyətə faydalı ola bilmək lazımdır.

Şüuraltınızda bir şeyin mümkünsüz olduğunu düşünsəniz həqiqətən o iş sizin üçün mümkünsüz olar. Və ya beyninizdə bir işi sona çatdırmaq üçün nə qədər zamana ehtiyacınız olduğunu düşünsəniz , ancaq həmin müddət ərzində həmin işi sona çatdıra bilərsiniz. Yəni, sözümün məqsədi odur ki, hər insan öz həyatını beyinində xəyal etdiyi formada, düşüncələrindəki kimi yaşayar. Odur ki, xəyallarınızı reallığa çevirin və etmək istədiyiniz işin real olacağına sonsuz inanın. O zaman mümükünsüz kimi gördüyünüz işlərin real olduğunu görəcəksiniz. Bunun real olduğunu göstərən saysız-hesabsız nümunələr mövcüddür. Əmin olun ki, siz də o nümunələrdən biri ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Son olaraq əvvəldə də qeyd etdiyim ki, vurğulamaq istəyirəm ki, uğur qazanmaq və qazanılan bu uğuru davam etdirə bilmək üçün fərqlilik yaratmaq lazımıdır. Yəni, kimsənin qurduğu yol ilə deyil, öz yolunuzu inşa etməyiniz və bu yolda irəliləməyiniz lazımdır. Bu yolu özünüz inşa etdiyinizdən bütün müsbət və mənfi tərəflərini biləcək və zamanla çatışmazlıqları aradan qaldıraraq tam mükəmməl formaya gələcəksiniz.

Yazımı Dostayevskinin sözləri ilə yekunlaşdırmaq istəyirəm: öz yolunda yalnış getmək, başqasının yolunda doğru getməkdən yaxşıdır.

Müəllif: Nüsrət XƏLİLOV

Ən sərfəli krediti almaq üçün müraciət et