Overdraft nədir və hansı banklar müştərilərinə təklif edir? | Banco.az

Overdraft nədir və hansı banklar müştərilərinə təklif edir?

Overdraft nədir  və hansı banklar müştərilərinə təklif edir?

Overdraft, əsasən əmək haqqı kart sahibları üçün nəzərdə tutulmuş bir kredit növüdür. Yəni, kart sahibi aldığı əmək haqqından vəya hesabında olan puldan daha artıq pul xərcləyə bilər. Bunun üçün bank tərəfindən həmin karta overdraft limiti təyin olunmalıdır. Ay ərzində növbəti əmək haqqına qədər pula olan ehtiyacın qarşılanması baxımından effektivdir.

Overdraftın limiti əmək haqqının məbləğinə və bankın prosedurlarına uyğun icazə verilmiş limitə uyğun təyin olunur. Faizli və ya faizsiz ola bilər. Faizsiz overdraftda ayrılmış limiti faiz hesablanmadan istifadə edib tələb olunan vaxta karta qoya bilərsiniz. Faizli overdraftda isə yalnız istifadə edilən məbləğə və müddətə uyğun faizlər hesablanır.

Mövcüd bankların yalnız beşi tərəfindən təklif edilən bu bank məhsulunun şərtləri ilə aşağıdakı araşdırmamızda tanış ola bilərsiniz:

  1. Atabank əmək haqqı kartını həmin bankdan alan müştərilərə müddəti 30 günlük overdaft limiti təklif edir. Kreditdən yalnız əmək haqqı kartı həmin bankdan olan müştərilər yararlana bilər. Şərtlərə əsasən əmək haqqının 50 % i məbləğində overdraft limiti açıla bilər.

Kreditin şərtləri

Tələblər

Tələb olunan sənədlər:

Maksimal məbləğ: Əmək haqqının 50%-dək

Yaş həddi: 18-63 yaş
Kreditin ödənişi: borcalanın növbəti ayın əmək haqqı məbləği hesabına oturduğu anda kredit məbləği avtomatik olaraq silinəcəkdir
Valyuta: Əmək haqqı ilə eyni valyutada
İş təcrübəsi: Minimum 1 il (əmək haqqını AtaBank-ın plastik kartı ilə ən az 6 ay almalıdır)
Komissiya: Bankın tariflərinə əsasən müəyyən olunur



Borcalanın şəxsiyyət vəsiqəsi;
Borcalanın əmək haqqı hesabından çıxarışı.

Maksimal müddət: 30 gün

İllik faiz dərəcəsi: 24%

 

2. Kapital Bank da həmçinin əmək haqqı vəya təqaüdünü həmin bankdan alan müştərilə overdraft limiti təklif edir. Təklif edilən limit həm nağd, həm də nağdsız qaydada istifadə oluna bilər.

Ümumi məlumat

Tələblər

Sənədlər


Kredit xəttinin müddəti - 24 ay
Kredit xəttinin limiti - 50 AZN - 500 AZN
Əməliyyat məbləğindən komissiya - 3%
İllik faiz dərəcəsi - 29%

Yaş həddi 18-70-dir.
Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçülər üçün isə belə bir tələb yoxdur.

Şəxsiyyət vəsiqəsi və ya hərbçinin şəxsi vəsiqəsi

Ən sərfəli kredit üçün müraciət et

 

3. Overdaft limiti təklif edən banklardan biri də Paşa bankdır. Paşa bankın təklif etdiyi overdraft kreditinin digərlərindən fərqi və üstünlüyü ondan ibarətdir ki, əmək haqqı kartı bu bankdan olan müştərilər overdraft krediti əldə etdiyi zaman bunu heç bir faiz olmadan əldə edirlər.

 

 

Kreditin şərtləri

Tələblər

Tələb olunan sənədlər:

Xalis əmək haqqının 1 mislinədək

İstifadə edilmiş məbləğ növbəti ayın 20-dək ödənildiyi halda heç bir faiz hesablanmır

Nağdsız əməliyyatlar üçün – PAŞA Bankın POS terminallarında 0%, digər POS terminallarda isə 0.5%

Nağdlaşdırma üçün – 1%

Kredit xəttinin ödənilməsi əməkhaqqı kartına mədaxil zamanı avtomatik olaraq təmin olunur

Kredit xəttinin müddəti 12 ay təşkil edir

Yaş həddi minimum 20, maksimum isə kreditin bitmə tarixinədək 60 olmalıdır
Cari iş yerində staj minimum 6 ay olmalıdır



Şəxsiyyət vəsiqəsi

 İş yerindən arayış

Maksimal müddət: 50 gün

İllik faiz dərəcəsi: 0 %

 

4. Azər Türk Bank da müştərilərinə overdraft limit əklif edən banklardandır. Əmək haqqı kart sahibi olan müştəri hər ay balansına əlavə olaraq, maksimum əməkhaqqının yarısı  həcmində məbləğ əldə edə bilər. Məbləğ xərcləndikdə, gələn əməkhaqqından xidmət haqqı ilə birlikdə tutulur və ödəniş həyata keçdikdən sonra bərpa olur. Xidmət haqqı yalnız kredit xətti üzrə əlavə edilən məbləğ xərcləndikdə tutulur.

Kreditin məbləği: 50 – 500AZN 
Müddət: maks. 12ay

Kredit üzrə birdəfəlik bank komissiyası: 8%

 

5. Access Bankın təklif etdiyi overdaft limit isə müştərinin əmək haqqına kartına deyil, onun hesabı əsasında təyiun olunur. Pul vəsaitinə müvəqqəti ehtiyacı yaranan müştərilər üçün kredit məhsuludur və hesabdakı vəsaitdən daha artıq ödəniş etmək imkanı verir. Overdraft limiti müştərinin hesabları üzrə dövriyyəsindən asılı olaraq razılaşdırılır və 6-12 ay müddətinə təqdim olunur. Overdraft müştəri tərəfindən bir neçə dəfə, tam və ya qismən, təyin olunmuş müddət və məbləğ çərçivəsində istifadə oluna bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et