Ötən il neftimizin orta qiyməti 45,85 dollar olub | Banco.az

Ötən il neftimizin orta qiyməti 45,85 dollar olub

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 2016-cı ildə orta qiyməti 45,85 dollar/barel olub. Bu, 2015-ci ilin analoji göstəricisi ilə müqayisədə 8,89 dollar/barel yaxud 16,24% azdır.

Məlumata görə, ötən il “Azeri Light” markalı neftin ən aşağı qiyməti yanvarın 20-də qeydə alınıb və 28,80 dollar/barel olub. Qeyd edilən il üçün ən yüksək göstərici isə dekabrın 20-də müəyyənləşib. Bu tarixdə Azərbaycan nefti beynəlxalq birjalarda 57,14 dollar/barelə təklif edilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar/barel), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar/barel) qeydə alınıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et