Ötən il 50-dən çox işçi Mərkəzi Bankı tərk edib | Banco.az

Ötən il 50-dən çox işçi Mərkəzi Bankı tərk edib

2016-cı ildə Azərbaycan Mərkəzi Bankının (AMB) işçi heyətinin sayı azalıb.

AMB-nin "PricewaterhouseCoopers" şirkəti tərəfindən aparılan audit hesabatına istinadən xəbər verilir ki, 31 dekabr 2016-cı il tarixinə bankın 594 işçisi olub. Hesabatda deyilir ki, 2015-ci ildə tənzimləyicinin 646 nəfər işçisi var idi. Beləliklə, ötən il ərzində 52 nəfər AMB ilə yollarını ayırıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan ərazisində AMB-nin 6 ərazi idarəsi fəaliyyət göstərib.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et