Ötən ay OPEC üzrə neft hasilatı 1,3 milyon barel azalıb | Banco.az

Ötən ay OPEC üzrə neft hasilatı 1,3 milyon barel azalıb

Sentyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft istehsalı azalıb. Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Hesabatda qeyd olunur ki, OPEC-in neft hasilatı 1 milyon 318 min barel azalaraq gündəlik 28 milyon 490 min barel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 29,3 faiz olub. Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Liviya, Anqola və Konqo artırıb. Liviyada gündəlik istehsal 104 min barel artaraq 1 milyon 164 min barel olub. Anqolanın sutkalıq hasilatı 24 min barel çoxalaraq 1 milyon 411 min barelə çatıb. Konqoda isə neft istehsalı 14 min barel artaraq sutkada 335 min barelə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Sentyabrda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Səudiyyə Ərəbistanı, Venesuela və İraqda azalıb. Səudiyyə Ərəbistanının gündəlik hasilatı 1 milyon 280 min barel azalaraq 8 milyon 564 min barelə düşüb. Venesuelada istehsal 82 min barel geriləyərək sutkada 724 min barel təşkil edib. İraqda isə hasilat 60 min barel azalaraq 4 milyon 724 min barel təşkil edib.

Ötən ay dünyada 63 qazma qurğusu işə düşüb, ümumilikdə qurğuların sayı isə 2 min 299 olub. Həmin qurğuların 585-i OPEC-ə üzv ölkələrdədir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et