Ötən ay mobil telefon rabitəsindən 66 mln. manatdan çox gəlir əldə edilib | Banco.az

Ötən ay mobil telefon rabitəsindən 66 mln. manatdan çox gəlir əldə edilib

Bu ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 150,7 mln. manatlıq xidmət göstərib ki, onun da 75,2%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,6% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,2%-i qeyri-dövlət sektorunun payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Xidmətlərdən əldə edilən gəlirin 44%-i və ya 66,3 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et