"Oskar" qazanan saatlar - Top-5 | Banco.az

"Oskar" qazanan saatlar - Top-5

Cenevrə şəhərində 2018-ci ilin ən yaxşı saatları seçilib. Forbes 6500$ ilə 470 000$ civarında qiymətləndirilən ən maraqlı saat model-laureatlarını seçib.

Saat industriyasında ən yaxşı mükafat 2001-ci ildə yaradılan isveçrəli Grand Prix d'Horlogerie de Genève (GPHG) sayılır.  Bəlkə də, bu sahənin mütəxəssisləri və sevərləri sayəsində uzun müddətdir ki, məhz bu qrand, saatların “Oskar”-ı adını qazanıb. Qiymətli nümunələrin seçimi üçün münsif heyyətində; bütün dünya jurnalistləri, müxtəlif ölkələrin saat kolleksiya assosiasiyalarının prezidentləri, hərrac (auksion) evlərinin rəhbərləri və kuratorlar toplanıb.

Banco.az olaraq, Forbes Life versiyası üzrə  seçilən qalib modellərdən beşini sizə təqdim edirik.

 

1. Ən yaxşı idman saatı nominasiyası

Seiko Prospex 1968 Automatic Diver's Re-creation

Seiko 1965-ci ildən ən yaxşı dalğıc saatlarının yaradılması ilə məşğul olur, dərin sulara dalmaq üçün beynəlxalq İSO standartlarına uyğun əsaslar yapon manufakturasından mənimsənilib. Məhz Seiko brendi, dalğıc saatları üçün titan korpus və akkordion kəmərlərin hazırlanması ilə məşğul olur.

1968-ci ildə Seiko mühəndisləri 300 metr suyun altında işləyə biləcək yüksək dəqiqliyə və tezliyə malik saat yaratdılar. Yaponlar məhz bu əsrarəngiz nümunənin 50 illiyini, silsilənin davamçısını (Seiko Prospex 1968 Automatic Diver's Re-creation) təqdim etməklə qeyd etdilər. Numunənin original dizaynında olduğu kimi bu model də, zaratsu texnikasında cilalanmış  44,8 mm diametrə malik polad korpusdan ibarətdir.

1500 nümunədən ibarət seriyanın qiyməti - 6 231$ təşkil edir.

 

2. Əfsanənin geri dönüşü

Vacheron Constantin Historiques Triple calendrier 1942

 

Qədim modellərin nümayişi zamanı, birinciliyi “3-lü təqvim” 1942-ci ildə yaradılan Vacheron Constantin qazanıb. Tarixi modeldən fərqi isə korpusun daha böyük diametrli olmasındadır (40 mm - 35 mm). Qeyd edək ki, korpus yalnız poladdan hazırlanır və 4400QC kalibrə, 65 saat gediş ehtiyatına malikdir. Kalibrin özü isə, 2008-ci ildə ilk dəfə təqdim edilən 4400 modelinin yenidən işlənmiş versiyasıdır.  Model, vaxtdan əlavə ayın tarixini də göstərir. Nümunənin qiyməti isə 20 572 $ təşkil edir.

 

Həmçinin oxu: Dünyada ən bahalı avtomobil kolleksiyası

Ən sərfəli kredit üçün müraciət et

 

3. “Xronometriya” nominasiyası üzrə

De Bethune DB25 Starry Varius Chronomètre Tourbillon

 

De Bethune saat mütəxəssisləri güclü DB25 Starry Varius saatını əsas olaraq götürərək onu tourbillion (qasırğa) mexanizmi ilə təchiz edib, kalibr tezliyini 4 Hz-dən 5-ə qədər (saatda 28 800 dən 36 000 tərəddüd tezliyinə qədər) yüksəltməyə nail olmuşlar.  Sutkada mükəmməl +/- 1 dəqiqlik. Düzdür gediş ehtiyatı saatda 144-dən 96-ya düşsə də, saatın qiyməti 67 575 $-dan, 204 221 $-a qədər artıb. Seriya yalnız 20 nümunədən ibarətdir.

 

Həmçinin oxu: Dünyanın ən bahalı 10 evi

 

4. Ən yaxşı qadın saatları (əlavə mürəkkəbliklər ilə )

Van Cleef & Arpels Lady Arpels Planétarium

2010-cil ildə Van Cleef & Arpels evi, “ən yaxşı qadın saatları” nominasiyasına layiq görüldüyü halda, 2018-ci ildə daha da, mükəmməl kateqoriya üzrə mükafat qazanmağa nail olub. Siferblat üzərində təqdim olunan hər planetlər təkcə qiymətli olduğuna görə parlamır, eyni zamanda onlar Günəş ətrafında astronomik parametrlərə uyğun hərəkət edirlər: Merkuri – bu məsafəni 88 günə, Venera 224, Yer planeti 365 günə, Ay isə Yer Planetinin peyki olaraq onun ətrafında 29,5 günə dönür. Bütün bu mürəkkəb və maraqlı proses 38 mm diametr ölçülü qızıl “səhnə” korpus üzərində canlanır.  Gediş ehtiyatı - 40 saat. Nümunənin təqribi qiyməti 324 350 $ təşkil edir.

 

5. Qran-pri “Qızıl əqrəb”

Bovet 1822 Récital 22 Grand Récital

 

Əsas mükafatı, 1922- ci ildə Eduard Bove tərəfindən təsis olunan və 2001-ci ildən biznesmen Paskal Raffiyə məxsus Bovet manufakturasının saatları qazanıb. Récital 22 Grand Récital modeli 46 mm-lik qırmızı qızıl korpus və tourbillion mexanizmdən ibarət olub, retrograd təqvim və ay fazalarının indikatoru ilə təchiz olunmuşdur.  Mexanizm 656 detaldan təşkil olub, ehtiyat gedişi – doqquz gündür. Təqribi qiyməti 473 011$ təşkil edir. Seriya 60 nümunədən ibarətdir.

Ən sərfəli krediti almaq üçün müraciət et