Orta aylıq maaşla neçə litr benzin almaq olar? | Banco.az

Orta aylıq maaşla neçə litr benzin almaq olar?

Müəllif: iqtisadçı ekspert Samir Əliyev

Tarif Şurası “Aİ-92” markalı benzinin satış qiymətinin artırılmasını əsaslandırarkən qeyd edib ki, bu yanacağın 1 litri Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dollarına satılır. Azərbaycanda isə benzin artımdan sonra indiki məzənnə ilə təxminən 0,53 dollara bərabərdir. Deməli, Qazaxıstan istisna olmaqla digər 4 ölkədə yanacaq bizdən bahadır. Bu müqayisə mili valyutaların məzənnə səviyyəsindən asılı olaraq dəyişə bilər. Məsələn, manat ilin əvvəlində olduğu kimi dollara münasibətdə 1,92 səviyyəsinə qədər ucuzlaşsa bu halda dollar ifadəsində 47 sentə düşəcək və Qazaxıstana yaxınlaşa bilərik. Halbuki bunu ucuzlaşma adlandırmaq olmaz. Ölkə daxilində qazanc milli valyutda olduğu kimi benzinə çəkilən xərcin dəyəri də milli valyuta ilə ölçülməlidir.

Orta aylıq əmək haqqının məbləği ilə benzinin satış qiyməti arasında əlaqə mənzərəni daha aydın təsəvvür etməyə imkan verir. Bunun üçün keçmiş SSRİ ölkələrdə (Türkmənistandan savayı) orta aylıq əmək haqqında nə qədər Aİ-92 markalı benzin almağın mümkünlüyü göstərən qrafiki diqqətiniziə çatdırmaq istəyirəm. Məlumatları müvafiq ölkələrin statistika qurumlarından götürüb hazırlamışam.

Ən sərfəli kredit üçün müraciət et

Göründüyü kimi, Azərbaycan nəinki neft ölkəsi olan Rusiya və Qazaxıstana, hətta neftdən asılı olan Belorus və Baltik ölkələrinə də uduzur. Rusiya və Qazaxıstandakı orta aylıq maaşla Azərbaycanda 2 dəfə çox benzin almaq olar. Cənubi Qafqaz ölkələrini isə cüzi qabaqlayır. Tacikistan, Ukrayna və Moldova ilə müqayisədə ucuz benzin almağımıza görə sevinə bilərik.

İndi siz deyin, benzin bizdə bahadır yoxsa ucuz?

Ən sərfəli krediti almaq üçün müraciət et